ABŞ Qarabağdan köçən ermənilər üçün Ermənistana 11,5 milyon dollar verəcək

17:41 26.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindən könüllü olaraq köçən ermənilərin humanitar ehtiyacları üçün Ermənistana 11,5 milyon dollar verəcək.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer “Laçın” sərhəd-keçid məntəqəsini müşahidə etmək üçün gəldiyi Ermənistanın Gorunzur(erm. “Kornidzor”) kəndində səfərdə olarkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəhs edilən vəsait ərzaq, sosial və psixoloji yardım alınmasına sərf olunacaq.