ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq edəcək

10:43 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ bu gün Rusiya və Çinə qarşı yeni sanksiyaların tətbiqini elan etmək niyyətindədir. Bu barədə hafta.az The Wall Street Journal-a istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, fiziki şəxslərə qarşı tətbiq edilən sanksiyalara ABŞ-ın yurisdiksiyasına daxil olan aktivlərin dondurulması, onların ABŞ-a səyahətinə qadağa qoyulması və onlarla işgüzar əlaqələr daxildir.

Nəşrin məlumatına görə, gözlənilən sanksiyaların əsas hissəsi “Maqnitski qanunu” adlanan qanuna uyğun olaraq tətbiq ediləcək.

Çinin Sakit okeanda qanunsuz balıq ovu ittihamı ilə üzləşəcəyi gözlənilir.

Oxunma sayı 1028