Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Türkiyənin ABŞ-dan F-35 qırıcı təyyarələri almasının mümkün olmadığını bildirib.
Hafta.az yazır ki, İsraildəki Kanal 12 televiziyasına verdiyi müsahibədə Hakabi Türkiyəyə F-35 satışı ilə bağlı prosesi qiymətləndirib. Satışın ABŞ Senatından təsdiq almayacağını iddia edən Hakabi deyib: "Bundan əlavə, ABŞ qanunlarına görə, Türkiyə Rusiyadan aldığı avadanlıqda hərtərəfli dəyişikliklər etmədikcə F-35 ala bilməz".
Hakabi həmçinin İsrail və Türkiyənin ABŞ-ın nəzərində "bərabər müttəfiq" olmadığını iddia edərək deyib: "Burada bərabərliyin olduğu və onları “müttəfiq A”, “müttəfiq B” kimi düşünmək olar deyə fərziyyə səhvdir".