ABŞ Ukraynaya 275 milyon dollarlıq yardım paketi elan edəcək

10:57 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Cümə günü ABŞ administrasiyası Ukraynaya 275 milyon dollar məbləğində növbəti hərbi yardım paketini elan edə bilər.

Bu tranşla bağlı sənədlə tanış olan jurnalistlərin fikrincə, söhbət, digər məsələlərlə yanaşı, pilotsuz təyyarələrlə mübarizə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Kiyevə bəzi vasitələrin göndərilməsindən gedir. Hansı avadanlıqların tədarük ediləcəyi barədə məlumat verilmir.

Bundan əlavə, agentlik bildirir ki, növbəti hərbi yardım paketinə Ukrayna ordusu üçün son dərəcə vacib hala gələn Amerikanın HIMARS reaktiv buraxılış sistemləri üçün raketlər də daxil olacaq. Onlar Amerika müdafiə şirkəti Lockheed Martin tərəfindən istehsal olunur.

Paketin bir hissəsi olaraq, Reuters-in məlumatına görə, Qərb haubitsaları, Humvee hərbi maşınları və generatorları üçün 155 mm-lik mərmilər də göndəriləcək.

Ukraynaya daha bir hərbi yardım paketi ABŞ prezidentinin Konqresdən əlavə razılıq olmadan silah göndərmək hüququna malik olan “Prezidentin Drowdown Authority” (PDA) sxemi çərçivəsində ayrılıb.

Oxunma sayı 1763