Yazını böyüt
Yazını kiçilt
ABŞ və Aİ birgə bəyanatda Kosovo ətrafında vəziyyətin dərhal deeskalasiyasına və maksimum təmkinli olmağa çağırıb.
“Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Kosovonun şimalında davam edən gərgin vəziyyətdən narahatdır. Biz hər kəsi maksimum təmkinli olmağa, heç bir şərt olmadan vəziyyətin gərginliyini azaltmaq üçün təcili tədbirlər görməyə, təxribat, təhdid və hədə-qorxudan çəkinməyə çağırırıq”, - sənəddə deyilir.