Abşeron Gənclər Şəhərciyindəki yanğın söndürülüb

12:47 25.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron Gənclər Şəhərciyində yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumatda bildirilib.

 ***

Abşeron Gənclər Şəhərciyində yerləşən yaşayış binasında yanğın başlayıb.

Sakinlərin hafta.az-a verdiyi  məlumata görə, yanğın Abşeron Gənclər Şəhərciyi, 85-ci blokda qeydə alınıb.

Yanğına ilkin səbəb kimi mənzildəki naqillərdə qısaqapanma baş verməsi göstərilir.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühazifə Xidmətinin əməkdaşları mənzildə olan 2 yaşlı uşaq və anasını xilas ediblər.