Abşeronda binadakı yanğın tam söndürülüb - FOTO-YENİLƏNİB

13:52 11.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

*** 

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.