Abşeronda ikmərtəbəli ev yanıb

10:39 14.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m²) ikmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə, mərtəbələr arası quraşdırılan taxta konstruksiyalardan ibarət pilləkən 8 m² sahədə və 2-ci mərtəbəsində dəhlizin döşəməsi 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrdə 3 ədəd plastikdən ibarət qapı əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.