Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.