Abşeronun bu qəsəbələrində su olmayacaq

10:38 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

 

Hafta.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

 

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.