Adı böcək və heyvanlara verilən MƏŞHURLAR

10:10 17.01.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nağıllarda qurbağalar şahzadə olur, bəs real həyatda bunun əksi baş versə necə? Məsələn, yeni qurbağa növü şahzadə Çarlzın şərəfinə adlandırılıb.

Hafta.az-ın bu sayında müxtəlif həşərat və heyvanların adını daşıyan məşhur insanlardan danışacağıq.

Taylor Svift

2022-ci ilin aprelində “New York Post” Appalaç dağlarında tapılan qırxayaq haqqında məlumat verdi. Yeni böcək növü Qremmi mükafatlı pop ulduzu Taylor Sviftin şərəfinə Nannaria swiftae adlandırılıb.

Beyons

2012-ci ildə Avstraliyanın Elmi və Sənaye Tədqiqatları Birliyi (CSIRO) naməlum növ skaptiyanın (böyük qansoran midge) müğənni Beyonsun şərəfinə Scaptia (Plinthina) beyonceae adlandırıb.

Tobey Maquir

“Hörümçək-adam”ın aktyoru Tobey Maquirin real həyatda öz hörümçəyinin olması uyğun görünür. 2015-ci ildə araxnoloqlar Yuri M. Marusik və Alireza Zamani İranda tapılan yeni hörümçəyi aktyorun şərəfinə Filistata maguirei adlandırıblar.

Cennifer Lopez

“Entomology Today”in məlumatına görə, 2014-cü ildə Puerto-Rikoda yeni gənə növünü kəşf edən tədqiqat qrupu həşəratın adını Litarachna lopezae qoyub. Onların sözlərinə görə, Cennifer Lopezin mahnıları və klipləri komandanı həmişə yaxşı əhval-ruhiyyədə saxlayır və buna görə də Lopezin şərəfinə həşəratın adını çəkmək qərarına gəliblər.

Ancelina Coli

“CBS News” xəbər verir ki, 2013-cü ildə Alabama ştatının Auburn Universitetindən Ceyson Bond bir neçə yeni hörümçək növünü müəyyən edib və onlardan birinə aktrisa Ancelina Colinin şərəfinə Aptostichus angelinajolieae adını vermək qərarına gəlib.

Bred Pitt

2016-cı ildə bir qrup alim Cənubi Afrikada parazit arıların yeni növünü kəşf edib və onu Conobregma bradpitti adlandırıb.

Şakira

Böcəklər aləmində müğənni Şakira Bred Pittlə qohumdur. 2014-cü ildə aşkar edilmiş digər parazit arı növünə kolumbiyalı müğənninin şərəfinə Aleiodes shakirae adı verilib. Məlum olub ki, belə bir arının sancması ipək qurdunu şiddətlə titrədir və onun hərəkəti tədqiqatçılara müğənninin məşhur rəqsini xatırlatdığı üçün belə adlandırılıb.

Keyt Uinslet

“The Guardian” yazır ki, entomoloq Terri Ervin 2002-ci ildə Kosta-Rikada aşkar edilmiş yeni zəhərli böcəyə aktrisa Keyt Uinsletin adını verib. Həşərat Agra katewinsletae adlanır.

Stinq

1994-cü ildə Kolumbiyada yeni bir qurbağa növü aşkar edildikdən sonra, Miçiqan Universitetindən Moises Kaplan müğənninin tropik meşələrin xilas edilməsində əməyini qiymətləndirərək qurbağaya Hyla stingi (və ya Dendropsophus stingi) adını verib.

Leonardo Di Kaprio

Aktyor həm də ekoloji aktivist və təbiəti mühafizə könüllüsü kimi tanınır, buna görə də bir çox heyvan və həşərat növləri onun adını daşıyır. Məsələn, böcəklər Grouvellinus leonardodicaprioi və Metallactus dicaprioi, hörümçəklər Misumessus dicaprioi və Spintharus leonardica adlanır.