ADY-ə məxsus 2 vaqon yanıb

15:24 03.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.