ADY relsdən çıxan qatarla bağlı məlumat yayıb

10:23 17.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb.

 

Hafta.az xəbər verir ki, məlumatda deyilir: 

“16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”.