Ağ Ev Baydenin Kiyevə səfər etməkdən imtinasının səbəbini açıqladı

14:31 19.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden təhlükəsizlik səbəbi ilə hələlik Kiyevə getməyə hazırlaşmır. Bu barədə “Politico” qəzeti Ağ Evin bir neçə rəsmisinə istinadən xəbər verir.

“Hazırda Baydenin Kiyevə səfəri planlaşdırılmır, əsasən təhlükəsizlik riskləri səbəbindən” nəşr öz mənbələrinə istinadən yazır.

Xatırladaq ki, noyabrın əvvəlində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan elan olunmamış səfərlə Kiyevə gəlmişdi. Orada o, Ukrayna hakimiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Daha sonra Qərb mediası yazıb ki, səfər zamanı müşavir Donbassdakı münaqişənin diplomatik yolla həllinin zəruriliyi məsələsini qaldırıb.