Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

17:26 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində iki qovaq ağacının kəsildiyi aşkar edilib.

Hafta.az xəbər verir ki, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.