Ağcabədidə 5 otaqlı evdə yanğın olub

16:05 26.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağında olan ev əşyaları və tavanı qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.