Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib

21:02 15.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.