Yazını böyüt
Yazını kiçilt
Ağdam əhalisinin qeydiyyatının dəqiqləşdirilməsi aparılsa da, bu günlər kiminsə öz evinə, kəndinə qayıdacağı ilə bağlı hər hansı növbəyə durması söhbəti yoxdur. Ağdam camaatının öz yerlərinə necə köçürüləcəyi, necə olacağı dəqiq bilinmir.
Bu fikirləri hafta.az-a Ağdam İcra Hakimiyyəti Aparatının rəhbəri Zülfü Qasımov deyib:
“Əvvəl dedilər ki, Ağdam şəhərində 1500, 1750 fərdi ev olacaq. Bu, Ağdamda olan evlərin 10 faizidir. Sonra məlum oldu ki, bunlar ilkin söhbətlərdir və dəqiq deyil. Bircə dəfə dedilər ki, hazırda Bakıda yataqxanalarda, kirayələrdə, pis vəziyyətdə yaşayan vətəndaşlar müəyyən edilsin və ola bilər ki, ilkin olaraq o ailələr köçürülsün. Bundan ayrı heç bir şey yoxdur”.