Yazını böyüt
Yazını kiçilt
"Həmin faciəli gecədə Ağdamdan çıxaraq ağır və unudulmaz günlər yaşadıq. Bu gün işğaldan azad olunan torpaqlara qayıdış böyük sevinc və qürur hissi yaradır".
Hafta.az xəbər verir ki, bu sözləri açıqlamasında Ağdam sakini Şövkət Xəlilova deyib.
O, bir daha xalqımızın belə acılar yaşamaması diləyi ilə vətənə qayıdış sevincini bölüşüb:
"Bu sevinci bizə yaşadan şəhidlərin əziz xatirəsini ehtiramla yad edirik, onların valideynlərinə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şaddır. Bu gün həmin qəhrəman övladların sayəsində doğma yurda qayıdırıq. Allah şəhid ailələrinə səbir versin”.