Ağdamda qanunsuz odlu silah aşkarlanıb, saxlanılan var

10:41 22.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.