Ağdamda yol qəzasında piyada ölüb - FOTO

23:00 06.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə yolu keçmək istəyən Ağdam rayon sakini Asəf Verdiyevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asəf Verdiyev hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
Oxunma sayı 121