Ağdaşda iki minik avtomobili toqquşub - Ölənlər var

21:48 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.