Ağdaşda qəza - xəsarət alanlar var

10:17 24.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini-2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.