Agentliyin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

15:13 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

MEDİA-dan Hafta.az-a bildirilib ki, Agentliyin rəhbərliyi və kollektivi ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad edib.