Yazını böyüt
Yazını kiçilt
Ağstafada karantin qaydalarına zidd olaraq artıq sayda və tibbi maska istifadə edilməyən nişan mərasimi aşkar edilib.
Hafta.az xəbər verir ki, bu barədə DİN əməkdaşı Eşqın Qasımov bildirib.
"Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları karantin qaydalarına nəzarət etmək məqsədi ilə inzibati ərazilərində xidmət aparan zaman Dağ Kəsəmən kəndində karantin qaydalarına zidd olaraq artıq sayda və tibbi maska istifadə edilməyən nişan mərasimi aşkar edilib. Mərasim təşkilatçısı barədə inzibati protokol tərtib edilib", - E. Qasımov bildirib.