Allahşükür Paşazadə Naxçıvana gedəcək

14:00 03.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək.

İdarədən hafta.az-a verilən məlumata görə, səfər zamanı QMİ sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yubiley mərasimində iştirak edəcək.