Alman parlamentari belaruslu siyasi məhbusları soğan tarlasında işlədirmiş

09:55 30.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada radikal sağçı AfD partiyası adından Saksoniya əyaləti parlamentində vəzifə yerinə yetirən Jörg Dornaunun Belarusda siyasi məhbusları işlətməklə pul qazandığı iddia edilib.

Hafta.az-ın “The Observer”ə istinadən yazdığına görə, siyasi məhbus Nikolay izah edib ki, o, digər siyasi məhbuslarla birlikdə Qərbi Belarusda işləyərkən 2024-cü ilin fevralında alman nömrəli avtomobil gəlib. Təhlükəsizlik məqsədilə təxəllüsdən istifadə edən Nikolay onları qarşılayan ucaboy və keçəl siyasətçinin 54 yaşlı Dornau olduğunu bildirib.

O vaxtlar fermada özü kimi 30 siyasi məhbus olduğunu və gündə təxminən 9 manat ekvivalent maaşla çalışdıqlarını bildirən Nikolay bu işə könüllü gəldiklərini bildirib.

O, iş şəraitinin ağır olduğunu bildirərkən, "Səhər saat 7-də səhər yeməyi yedik və axşama qədər, az fasilələrlə işlədik. İşə gülümsəyərək getdim. Həbsxanada qalmaqdan fərqli olaraq, özümü elə hiss etdim” deyib.

Sosial mediada bir paylaşımı bəyəndiyi üçün 15 günlük həbs cəzası çəkərkən bunları yaşadığını izah edən Nikolay azadlığa çıxanda ölkəsindən qaçıb.

“The Observer”, Nikolayın hesabını təsdiqləyə bilməyəcəyini, lakin müstəqil həbsxana nəzarətçisinin 2024-cü ilin əvvəlindən Dornaunun soğan tarlasında işləyən məhbuslarla bağlı məlumat aldığını bildirib.

Saksoniya Vilayət Parlamenti 2019-cu ildən millət vəkili olan Dornaunu avqustda parlament maaşından başqa gəlirlərini bəyan etmədiyi üçün cərimələyib. Aylıq 7 min avroya yaxın maaş alan Dornauya 20862 avro faktura verilib.

Almaniyada "Diktatura ilə idarə olunan bir ölkəyə investisiya qoymaq nə dərəcədə düzgündür?" sualı müzakirə olunarkən bu son xəbərlə Dornunun siyasi məhbuslardan pul qazandığı üzə çıxdı.

“The Observer” qəzeti Dornaudan Belarusun Lida həbsxanası ilə müqavilə bağladığı iddiasını soruşsa da, hələlik cavab almayıb.

AfD öz üzvünü dəstəkləməyə çağırsa da, bir hüquqşünas bildirib ki, iddialar təsdiqlənərsə Dornu məhkəməyə verilə bilər.