Almaniya Qarabağdakı separatçı rejim üçün 2 milyon avro yardım ayırır

18:42 11.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Almaniya Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində məskunlaşdırılmı ermənilərə yardım göstərməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə 2 milyon avro ayıracaq.

Hafta.az xəbər verir ki, “Sputnik Armeniya”nın yazdığına görə, bu haqda erməni mediasına Almaniyanın Ermənistandakı səfirliyi məlumat çatdırıb.

İrəvandakı alman diplomatik missiyasının bəyanatında deyilir: "Dağlıq Qarabağda humanitar vəziyyət çox gərgindir. Yardımın indi gəstəriməsi vacibdir, ona görə də biz humanitar girişi açmağa çalışırıq".

Xatırladaq ki, Almaniya 2020-ci ilin 44 günlük savaşından sonra da Beynəlxalq Qırmızı Xaç Komitəsi  vasitəsilə Qarabağdakı separatçı rejimə 2 milyon avro yardım ayırmışdı.