Almaniya səfirliyindən Azərbaycan xalqına bayram təbriki

09:45 28.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bütün Azərbaycanlıları bugünkü Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik".

Hafta.az-ın yazdığına görə, bu sözlər Almaniyanın ölkəmizdəki səfirliyinin Azərbaycan xalqına bayram təbrikində deyilir. Qeyd olunur ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan müstəqil Azərbaycan Demokratik Respublikası (1917-ci il o vaxtkı “Krım Xalq Respublikası”ndan sonra) yaradılıb. Bu, dünyada qadınların seçki hüququnu tətbiq edən ilk ölkələrdən biridir.

Bu arada, səfirlik xatırladır ki, hətta bu qərar Almaniya Reyxindən bir qədər əvvəl verilib. 

"Deməli, azərbaycanlıların bugünkü Azərbaycan Respublikasının 1991-ci ildə qurulduğu gündən bu yana dayandığı yüz ildən artıq müstəqilliyə qürurla nəzər salması üçün çoxlu səbəblər var. 28 May 2022-ci il münasibətilə təbrik edirik!", - təbrikdə qeyd olunur.

Oxunma sayı 382