Almaniyada dövlət çevrilişinin qarşısı alındı

14:48 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniyada polis Bundestaqı ələ keçirməyi və dövlət çevrilişi etməyi planlaşdıran sağçı ekstremistlərə qarşı genişmiqyaslı əməliyyat keçirir. Bu barədə “Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Xüsusi təyinatlıların on bir federal ştatda eyni vaxtda fəaliyyət göstərdiyi bildirilir. Almaniya Baş Prokurorunun və kriminal polisin federal idarəsinin tapşırığı ilə ya sağçı terror təşkilatının üzvü olan, ya da onu dəstəkləyən 25 kişi və qadın saxlanılıb. 130-dan çox evdə, ofisdə və digər binalarda axtarışlar aparılıb və hələ də davam edir.

Polisin məlumatına görə, şübhəlilər, xüsusilə, “Bundestaqa silahlı basqın və siyasətçilərin saxlanmasını” planlaşdırıblar. Güman edilirdi ki, təhlükəsizlik qüvvələrinin bəziləri terror qruplaşması ilə həmrəylik nümayiş etdirəcək və bu, “çevriliş”ə səbəb ola bilər.

Oxunma sayı 1344