Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Zeit” qəzetinə verdiyi açıqlamada, "Almaniyanın nüvə silahı olmalıdırmı, xeyr. Bəs Avropanın, bəli. Avropa İttifaqının təhlükələri önləmək üçün öz nüvə silahına ehtiyacı var" deyib.
Hafta.az-ın yazdığına görə, dünyanın dəyişdiyinə diqqət çəkən Fişer, "Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir. Ümid edirəm ki, ABŞ və Avropa bir yerdə qalacaq, amma Donald Tramp yenidən seçilsə nə olacaq?" deyə sual verib.
Prioritetin şərti sahədə çəkindirmə qabiliyyəti olduğunu vurğulayan Fişer belə davam etdi: "Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Avropa olaraq bizim də təcili olaraq effektiv hava hücumundan müdafiə sistemimiz qurulmalıdır. Bunu birlikdə etməliyik. Eyni zamanda "Bizim də kiber təcavüzə qarşı çəkindirici və müdafiə qabiliyyətimiz olmalıdır".