Altı nəfərin mobil telefonu oğurlandı

14:48 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 6 nəfərin mobil telefonu oğurlanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sübhan Quliyev saxlanılıb.

 

Faktla bağlı raşdırma aparılır.