Amerikalı professor Məhəmməd Peyğəmbərin şəkillərinə görəişdən qovulub

11:32 30.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Minnesota ştatındakı Hamline Universitetində bir sənət professoru müsəlman tələbələrin şikayətindən sonra işdən çıxarılıb. “Fox News”un məlumatına görə, İslam incəsənəti dərsi zamanı müəllimin onlara Məhəmməd Peyğəmbərin tarixi şəkillərini göstərməsi onların qəzəbinə səbəb olub.

Professorun adı açıqlanmır. Müəllim Məhəmməd Peyğəmbərin 1300-1500-cü illərdə çəkilmiş şəkillərini nümayiş etdirdiyi üçün Müsəlman Tələbələr Cəmiyyətinin üzvlərinin qəzəbinə səbəb olub.

Müsəlman Tələbələr Assosiasiyasının prezidenti Aram Vidatalla hadisənin ertəsi günü universitet rəhbərliyinə hadisə barədə məlumat verib. O, professorun hərəkətlərində müsəlmanlara qarşı ayrı-seçkilik görüb.

“Müsəlman və qaradərili olaraq özümü bu cəmiyyətə aid hiss etmirəm və hətta indi də heç vaxt bu cəmiyyətə aid ola biləcəyimi düşünmürəm. Burda mənə cəmiyyət üzvü kimi qiymət verilmir, onlara göstərdiyim hörməti mənə göstərmirlər.

Universitetin inklüziv məsələlər üzrə köməkçi vitse-prezidenti David Everett tələbələrə e-poçt göndərərək hadisəni “danılmaz məsuliyyətsizlik, hörmətsizlik və islamofobiya” adlandırıb. O, professorun işdən çıxarıldığını da bildirib.

Everett-in e-poçtunda həmçinin deyilirdi ki, universitet professorun davranışının “nifrət cinayəti” olub-olmamasına qərar verməlidir ki, idarəçilər bunun “dözümsüzlük aktı” olduğunu müəyyən etsinlər.