Vyetnam polisi üç yaşlı uşağına metamfetamin uddurmağa çalışan valideynləri saxlayıb.
Hafta.az-ın “Thanh Nien”ə istinadən yazdığına görə, ötən həftə sosial şəbəkələrdə yayılan görüntülərdə körpənin əlindəki borudan metamfetamin udmaq istədiyi görünüb. Görüntülərin reaksiya və təşviş doğurmasından sonra hərəkətə keçən polis uşağın bioloji atasını tapıb və məlum olub ki, ona anası ilə sevgilisi baxır. 23 yaşlı Tao Nquyen və 44 yaşlı sevgilisi Le Van Bam evlərində saxlanılıb.
Polis evdə bəzi narkotik vasitələr də ələ keçirib.
Saxlanılan cütlük sorğu-sual zamanı uşaqla “yalnız bir dəfə əyləndiklərini” deyib.
Bama tətbiq edilən dərman testinin müsbət, uşaqda isə mənfi olduğu açıqlanıb. 3 yaşlı uşaq hələ də xəstəxanadadır.
Yerli mediaya danışan uşağın atası Tay ictimaiyyətin reaksiyasının uşağını xilas etməyə kömək göstərəcəyini söyləyib. Tay deyib ki, iki övladı var və kiçik uşağı iki il əvvəl həyat yoldaşı aparıb.
Vyetnam dünyanın ən sərt narkotik qanunları olan ölkələrdən biri kimi tanınır. Hətta narkotik maddə saxlamaq cinayəti ömürlük həbsə qədər cəzalar üçün əsas ola bilər. Bununla belə, ölkə hələ də Asiyanın əsas narkotik ticarəti mərkəzlərindən biri olaraq qalır. Mütəxəssislər bunda dünyanın ən böyük narkotik istehsal edən bölgələrindən biri kimi tanınan Laos, Myanma və Tailandı əhatə edən “Qızıl Üçbucağın” təsirli olduğunu düşünürlər.