Anar İsgəndərov: “1918-ci ilə qədər olan tarixdə Ermənistan dövləti, erməni izləri yoxdur”

12:02 23.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilər son hadisələrdən nəticə çıxarıb 24 aprel soyqırımı iddiası ilə timsah göz yaşı tökməkdənsə, Azərbaycanla sülh müqaviləsi bağlamalı, haqq-ədalət öz yerini tutmalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Anar İsgəndərov bildirib.

A.İsgəndərov aprelin 24 ermənilərin guya 1915-ci ildə soyqırım yaşamaları ilə bağlı göz yaşı tökəcəklərini, guya baş vermis erməni soyqırımı ilə bağlı çıxış edəcəklərini qeyd edib.

“Tarixi Ermənistan yoxdur. 1918-ci ilə qədər olan tarixdə Ermənistan dövləti, erməni izləri yoxdur. Ermənistan 1918 ci ildə bizim torpaqlarda yaradılıb. 24 aprel tarix olsaydı, bu məsləyə arxiv sənədləri ilə münasibət bildirərdilər”.

Siyasət rubrikasından digər xəbərlər