Ankara taxıl sazişinin bərpası ilə təmaslarını davam etdirir

18:21 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Rusiya, BMT və Ukrayna ilə ərzaq sazişinin bərpası imkanları ilə bağlı danışıqları davam etdirir. Bu barədə İHA agentliyi respublikanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Türkiyə Xarici İşlər Nazirliyi ilə koordinasiyada Moskvanın dayandırdığı taxıl sazişinin bərpası məsələsi ilə bağlı BMT, Rusiya Federasiyası və Ukrayna ilə əlaqələri davam etdiririk”, - nazirlik bildirib.

Nazirlik Qara dəniz təşəbbüsünün davam etdiriləcəyinə və böhranın dialoq yolu ilə aradan qaldırılmasına ümid etdiyini bildirib.

İyulun 20-də rusiyalı nümayəndələr taxıl müqaviləsi üzrə koordinasiya mərkəzini tərk etdilər.