Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram-da bildirib ki, Rosatomun xarici sifarişləri 200 milyard dollar təşkil edir.
"Hələ noyabr ayında McFaul-Yermak sanksiyalar qrupu çərçivəsində biz bu sanksiyaların təfərrüatlı planını təklif etmişdik. Rusiya dünyanı nüvə silahı ilə şantaj etməkdə davam edir, Rosatom isə ixrac gəlirlərini artırmağa ümid edir", - Yermak bildirib.
"Bu, ola bilməz. Biz Rosatom-a qarşı sanksiyaların reallığa çevrilməsini təmin etmək üçün sistemli şəkildə çalışacağıq", - Yermak bildirib.