Antibiotiki aptektlərdə konfet kimi satırlar, buna nəzarət edilməlidir - Qənirə Paşayeva

14:19 23.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bioloji aktiv qida əlavələri tövsiyə edilə bilər. Reseptlərdə bioloji aktiv qida əlavələri yazılmasının qadağan edilməsi müzakirə edilsə də, heç bir nəticə yoxdur. Niyə buna nəzarət yoxdur. Eləcə də Azərbaycanda Antibiotiklərdən aşırı istifadə var. Heç bir yerdə belə antibotik satılımır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva  “Dərman vasitələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Səhiyyə nazirinin müavininə ünvanladığı suallarda bildirib.   

Deputat apteklərdə antibiotikin konfet kimi satıldığını və bunun qadağan olunması ilə bağlı müzakirə aparılsa da, eyni vəziyyətin bu gün də davam etdiyini deyib.  Eyni zamanda bildirib ki, ildə iki dəfə xaricə çıxan insan geri qayıdarkən dost, qohuma dərman gəririsə, demək bunun səbəbləri var.

 Deputat hesab edir ki, xaricdən dərman gətirənlərin incidilməsinin qarşısını almaq lazımdır.

Eyni zamanda deputat deyib ki,  azərbaycanlılar Türkiyədə dərman zavodlar yaradıblar.

“Əgər həmin mütəxəssisləri ölkəyə dəvət edib, burda dərman istehsal edəriksə, qiymətlər də ucuz olacaq”-deyə deputat bildirib.