“Araz Naxçıvan” Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi

20:20 01.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxıb

Hafta.az xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşıb.

Komandamız qrup qalibi olmaq üçün mütləq qalib gəlməli idi. Yekunda "Araz Naxçıvan" 3:2 hesabı ilə qələbə qazanaraq qrupda 1-ci yeri tutub. Bu qələbə ilə komandamız həm də 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin 1/8 və 1/4 mərhələsinin püşkü noyabrın 6-da atılacaq.