Arvadını görmək üçün Benqal körfəzini rezin qayıqla keçmək istədi...

09:45 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tailanddan Hindistana qədər uzanan Benqal körfəzi boyunca şişmə rezin qayıqla keçməyə çalışan vyetnamlı kişi çərşənbə günü Tailand sahillərində xilas edildikdən sonra həbs olunub.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, 37 yaşlı Ho Huang Hung Hindistanın Mumbay şəhərində işləyən həyat yoldaşı ilə görüşmək üçün Phuketdən 2 min kilometrlik təhlükəli səyahətə çıxıb. Covid-19 pandemiyası məhdudiyyətləri səbəbindən cütlük son iki il ərzində üz-üzə görüşə bilməyib.

Ho, 18 gün dənizdə tək qaldıqdan sonra və Benqal körfəzində qasırğa başlayanda, Tailand sahillərindən təxminən 80 kilometr aralıda - Similan adaları yaxınlığında tapılıb. Bir balıqçı onu sarı-göy rəngli kiçik qayıqda üzdüyünü görüb və Tailand donanması tərəfindən xilas edilib.

Vyetnamlı kişi martın 2-də Sayqondan Banqkoka uçub və Mumbaya birləşdirici uçuşla getməyi planlaşdırıbmış. Lakin Hindistana viza ala bilməyib. Ona görə də əvəzində Phuketə avtobusla gedib və martın 5-də gəmi gəzintisinə başlayıb. Adam cəmi 10 paket əriştə, bir çən su və bəzi əşyalarla dənizə çıxıb. Rəsmilər onun heç bir xəritə və ya kompası olmadığını söyləyib.

Tailand Sahil Mühafizəsi Komandanlıq Mərkəzinin kapitanı Piçet Sonqtan AFP-yə deyib ki, onlar Hindistan və Vyetnam səfirlikləri ilə əlaqə saxlayıb, lakin hələlik cavab almayıblar.