Tarix boyun cəmiyyətlərdə bir ovuc zənginlər öz var-dövlətləri ilə seçiliblər və bu, indi də davam edir.
Hafta.az-ın yazdığına görə, son zamanlar zənginlərinin sayında ciddi artım yaşanan Asiya ölkələrinin ən varlı simalarının siyahısı tətbiq edilib. Gözlənildiyi kimi, siyahıda ilk yeri Hindistanlı milyarder Mukeş Ambani tutub. Onun var-dövlətinin həcmi 117,5 milyard dollar hesablanıb. İkinci yerdə 84,8 milyard dollar sərvəti ilə Qautam Adani, üçüncü pillədə isə 63,2 milyard dollarlıq var-dövləti ilə Zhong Şanşan dayanır.
Siyahıda dördüncü pillədə qərarlaşan Kolin Zheng Huangın sərvəti 44,7 milyard dollar, beşinci olan Zhang Yimingin var-dövləti isə 43,4 milyard dollardır. Tadaşi Yanai və ailəsi 42,6 milyard dollarla altıncı, Prayogo Pangestu 42,1 milyard dollarla yeddinci, Li Ka-şing 37,2 milyard dollarla səkkizinci, Şiv Nadar 36,7 milyard dollarla doqquzuncudur.