AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

13:50 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək.

AŞPA yay sessiyasının plenar iclasında Rusiya-Ukrayna müharibəsi, sanksiyaların rolu, mədəni kimliyin silinməsi, hüquqi məsələlər və insan haqları ilə bağlı birgə müzakirələr aparılacağı gözlənilir.

Yay sessiyasında Gürcüstanda demokratiyaya çağırışlarla bağlı təcili debat, “Avropa Şurası söz azadlığına olan təhdidlərin qarşısını almaq üçün səylərini gücləndirə bilərmi?” sualı üzrə cari məsələlər müzakirə ediləcək.

Avstriya Milli Şurasının prezidenti Volfqanq Sobotkanın çıxış edəcəyi Avropa Şurasının 75 illiyinə həsr olunmuş mərasim planlaşdırılıb.

Sessiya zamanı parlamentarilər, həmçinin növbəti beş il üçün Avropa Şurasının yeni baş katibini seçəcəklər.

Litvanın xarici işlər naziri, Nazirlər Komitəsinin sədri Qabrielius Landsbergis, eləcə də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Assambleyada çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaqlar.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün bəyanatı və Assambleyanın işi çərçivəsində iştirak və müzakirə prosesləri vasitəsilə demokratiyanın, eləcə də gənclərin perspektivinin möhkəmləndirilməsi ilə bağlı birgə müzakirələr planlaşdırılıb.

Sessiya çərçivəsində Varoşanın öz qanuni sakinlərinə qaytarılması, Avropada insan haqları müdafiəçilərinin müdafiəsi, insan hüquqlarına uyğun sığınacaq prosedurlarının təmin edilməsi, keçmiş münaqişələrin aradan qaldırılması üçün bərpa və barışıq proseslərinə dair müzakirələr aparılacaq.

Həmçinin siyasi həll yolları və Ukraynadan olan köçkünlərə dəstək, köçkün əhalinin təhlükəsiz qayıtması üçün saatlı bombaların zərərsizləşdirilməsi, gələcək nəsillərin insan hüquqlarının qorunması və Ermənistanın öhdəliklərinə riayət etməsinə dair müzakirələr aparılacaq.

Assambleya sessiyanın ilk günündə yekun gündəliyi qəbul edəcək.

Sessiya AŞPA-nın iclas zalında təmirdən sonra ilk dəfə keçiriləcək.

Oxunma sayı 121
Gündəm rubrikasından digər xəbərlər