Atəşkəs elanından sonra neftin qiyməti aşağı düşüb

13:29 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya birjalarında neft ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamasından sonra kəskin ucuzlaşıb.

Hafta.az xəbər verir ki, aprelin 8-də “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar və ya 13,3 faiz azalaraq 93,69 dollara enib. ABŞ-ın WTI markalı nefti isə 17,16 dollar və ya 15,2 faiz ucuzlaşaraq 95,79 dollar təşkil edib.

ABŞ Prezidentinin bu qərarı İran üçün müəyyən etdiyi müddətin başa çatmaq üzrə olduğu bir vaxtda verilib. Həmin müddət çərçivəsində İrandan dünya neft tranzitinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını açması tələb olunurdu, əks halda ölkənin mülki infrastrukturuna genişmiqyaslı hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi.