Avropa İttifaqı qatı Rusiya əleyhdarı şəxsi ABŞ-a səfir göndərir

09:15 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) ABŞ-dakı yeni səfiri Ukraynaya fəal dəstəyi ilə tanınan Litva Xarici İşlər nazirinin müavini Yovita Nelyupşene olacaq.

Hafta.az-ın “Euractiv”ə istinadən yazdığına görə, Nelyupşene hazırda XİN başçısının müavini kimi Aİ işlərinə cavabdehdir və sanksiyalar üzrə ekspertdir.

Bayden administrasiyası inflyasiyanı azaltmaq üçün proteksionist qanun qəbul etdikdən sonra AB ilə ABŞ arasında münasibətlər son aylar gərginləşib, lakin gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi bu münasibətlər getdikcə əhəmiyyətli olacaq.

Aİ-nin Vaşinqtondakı hazırkı səfiri Stavros Lambrinidis Nyu-Yorkda Avropa İttifaqının BMT-dəki səfiri vəzifəsinə yüksəlib. 

Nelyupşene keçmişdə Litva prezidenti Dalya Hribauskaytenin müşaviri olub. O vaxt Rusiya Nelyupşeni öz “qara siyahı”sına salmışdı.

Rusiyanın tammiqyaslı işğalı zamanı Nelyupşene Rusiya və Belarus əhalisinə vətəndaşlıq üçün müraciət etməyi, habelə daşınmaz əmlak almağı yasaqlayan qanunun qəbulunu təşviq edib.

Siyasət rubrikasından digər xəbərlər