Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı Bosniya və Herseqovinada keçiriləcək “Quick Response 2022” hərbi təlimləri öncəsi EUFOR (Avropa İttifaqı Qüvvələri) hərbi missiyasının sayını artırmaq niyyətindədir. Hafta.az bildirir ki, bu barədə Euractiv nəşri yazır.
Təlimlər oktyabrın 17-dən noyabrın 20-dək keçiriləcək. Təlimdə 20 ölkədən hərbçilərin iştirak edəcəyi gözlənilir. Artıq 250-yə yaxın əsgər Xorvatiyaya gəlib. Onlara başqa bir hərbi kontingent də qoşulmalıdır.
EUFOR 2004-cü ildən Bosniyada NATO-nun sülhməramlı qüvvələrini əvəz edir.
Daha əvvəl bildirilmişdi ki, Bundesver əsgərləri təxminən on ildən sonra ilk dəfə EUFOR-un tərkibində Bosniya və Herseqovinada yerləşdiriləcək.