“Avropa İttifaqının strategiyası iflasa uğradı” – Viktor Orban

09:32 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban Avropanın Ukrayna münaqişəsində yanlış mövqe tutduğunu və strategiyasının səhv olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Orban deyib ki, “Təcavüz təcavüzdür, beynəlxalq hüququn pozulması da elə beynəlxalq hüququn pozulmasıdır, biz bunu qəbul edə bilmərik: bu aydındır! Ancaq problem avropalıların buna necə reaksiya verməsindədir".

Baş xatırladıb ki, Avropa lazım olduğu kimi reaksiya verə bilməyib. Oxşar böhran Krımda baş verəndə Avropa İttifaqı liderləri bu böhranı yerliləşdirmək və təcrid etmək lazım olduğunu deyirdilər.

Lakin bu dəfə o, Avropanın reaksiyasının tam əksinə olduğunu və münaqişəni lokallaşdırmaq əvəzinə qloballaşdırmaq yolunu seçdiyini bildirib. Beləliklə, problem indi qloballaşıb və bu, indi həm Avropa, həm ukraynalılar, həm də ruslar üçün pisdir.

“Bizim strategiyamız ukraynalıların cəbhədə döyüşüb qalib gəlməsi idi. Ruslar cəbhədə məğlub olacaqdı və bu məğlubiyyət Moskvada dəyişikliklərə, yeni rəhbərliyə gətirib çıxaracaqdı və biz danışıqlara başlaya bilərdik. Strategiya belə idi; biz maliyyələşdiririk, ukraynalılar döyüşür və ölürlər. Biz indi haradayıq? Aydındır ki, ukraynalılar cəbhədə qalib gələ bilmir, döyüş meydanında həll yoxdur. Nə ruslar məğlub olacaq, nə də Moskvada hər hansı siyasi dəyişiklik olacaq. Bu, reallıqdır”, - Orban deyib.

Viktor Orban bu yaxınlarda Avropa Şurasına göndərdiyi məktubda Aİ liderləri Ukrayna ilə bağlı siyasətlə bağlı “strateji müzakirə” tapılana qədər Brüsselin Ukraynaya daha çox yardım göstərmək və Ukraynanı Aİ-yə qəbul etmək planlarına mane olacağı ilə hədələyib.