Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

19:27 28.11.2024
Yazını böyüt
Yazını kiçilt

Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər. RİA Novosti xəbər verir ki, sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları yer alıb.

Sənədi 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə, 82 deputat isə bitərəf qalıb.

Qətnamədə deyilir ki, “Avropa Parlamenti parlament seçkilərinin hər hansı tanınmasını rədd edir və prosesin həqiqi ədalətliliyini və şəffaflığını təmin etmək üçün yaxşılaşdırılmış seçki şəraitində, yaxından beynəlxalq müşahidə ilə bir il ərzində təkrar səsverməyə çağırır”.