Yazını böyüt
Yazını kiçilt
Avropa Parlamentinin deputatları səs çoxluğu ilə 1932-1933-cü illərdə Ukraynada Qolodomorun soyqırım kimi tanınması barədə qətnaməni qəbul ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.
“Avropa Parlamenti Qolodomoru (Ukraynada 1932-1933-cü illərdə yaradılmış aclıq) Ukrayna xalqının sosial əsaslarını, onun adət-ənənələrini, mədəniyyətini və milli kimliyini məhv etməyə yönəlmiş Ukrayna xalqının soyqırımı kimi tanıyır”, – qətnamədə deyilir.
Sənədin lehinə 507, əleyhinə 12 deputat səs verib.