Avropa Şurasının Ofis rəhbəri Medianın İnkişaf Agentliyində olub

14:33 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş Medianın İnkişafı Agentliyində olub.

Hafta.az-ın xəbərinə görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barəsində məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.