Avropa Ukraynaya 100 milyard dollar yardım etməlidir - Tramp

18:14 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Avropa ölkələrindən təxminən 100 milyard dollar almalıdır ki, yardımın həcmi Vaşinqtonun Kiyevə verdiyi yardımla müqayisə oluna bilsin. Bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Fox News-un aparıcısının yenidən seçiləcəyi təqdirdə “Ukraynaya pul axınını dayandırmaq” qərarına gəlib-gəlməyəcəyi sualına Tramp əmin edib ki, o, “müharibəni həll edə bilər”.

“Əvvəla, mən Avropaya deyərdim: “Sənin 100 milyard dollara yaxın borcun var, ödəməlisən. Avropa Birləşmiş Ştatlarla müqayisədə çox az iş görür”, - keçmiş prezident müsahibəsində bildirib.

Siyasətçi əlavə edib ki, ərazi baxımından Avropa Ukraynaya daha yaxındır, ABŞ isə qitədən “okeanla ayrılıb”. “Niyə biz 150 milyard dollar xərclədik, onlar isə 20 milyard dollar xərclədilər? Onların iqtisadiyyatları birləşdirildikdə, demək olar ki, bizimkinə bərabərdir”, - Tramp bildirib.

ABŞ Konqresi daha əvvəl Ukraynaya yardım üçün təxminən 113 milyard dollar ayrılmasını təsdiqləyib. Vaşinqton Kiyevə yardımın əsas hissəsini Pentaqon, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirir.